Marsda zəlzələ olub

23 Aprel 2019 22:26

Mars planetində zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələni Amerika aparatı "InSight"da olan Fransanın "SEIS" seysmometri qeydə alıb. Məlumatı Fransanın "CNES" Kosmik Agentliyi yayıb.

Bildirilir ki, aprelin 6-da seysmometr Ayda ABŞ-ın "Apollo" kosmik gəmilərinin uçuşu zamanı fiksajlanan zəlzələlərə bənzər siqnal qeydə alınıb.

Milli.Az