Bakıdan Tailanda narkotika aparan əcnəbi tutuldu
9 Aprel 2010 17:20
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İran vətəndaşı Azimi Morteza Mostafanın əl yükündən kişi sviterinin içərisinə keçirilmiş 1 ədəd sviterə və 4 ədəd coraba hopdurulmuş külli miqdarda - 1500 qram metamfetamin psixotrop maddəsi tapılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə, psixotrop maddəni saxlama, istehsal etmə, satma) maddələri ilə cinayət işi başlanıb.
Saxlanılan İran vətəndaşı həmin narkotiki Vəhid Həqqu adlı şəxsin göstərişi ilə Bakıya gətirib və Bakı-Moskva-Banqkok aviareysi ilə Tailand Krallığına aparmaq istəyib.
Mostafa ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilib.
Milli.Az