Roza İlhamə Quliyevanın taxtında oturmağı arzulayır

23 Aprel 2019 12:54

Müğənni Roza Zərgərli mərhum xalq artisti İlhamə Quliyevanın taxtına namizəd olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu haqda "ATV maqazin onlarla" verilişində deyib. Roza bildirib ki, hətta sağlığında Quliyeva özü də onu özünə oxşadırmış:

"Bir dəfə dedi ki, sən də mənim cavanlığıma oxşayırsan. Bizim sözlərimiz də bir-birinə bənzəyir. İlhamə xanım kamera önündə hər şeyi dediyi kimi idarə edirdi. Mən də çox yaxşı idarə edirəm. Bir oğul yoxdur, mənim sözümün qabağında söz desin".
 
Onun bu fikrinə həmkarları da biganə qalmayıblar. Nadir Qafarzadə "Rozanın dili varsa, dilçəyi də var. Bilir kimə İlhaməlik edəcək" söyləyib.

Elza Seyidcahan isə "Heç kimə arzulamıram ki, o, taxtda otursun. O, yaxşı taxt deyil. O taxta getsən, məhv olarsan, otur öz yerində" deyə, Rozaya məsləhət verib.

Elvin Abdullayev isə "Roza Zərgərlidə hökmranlıq, tələbkarlıq var" deyə, bildirib.

Milli.Az