Məşhur filmin rejissoru xərçəngdən öldü - FOTO

23 Aprel 2019 11:41

Oskar mükafatına layiq görülmüş rejissor vəfat edib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ-lı rejissor Steve Golin 64 yaşında dünyasını dəyişib.

Onun ölüm xəbərini meneceri təsdiqləyib. Bazar günü dünyasını dəyişən rejissor qızı və oğlu ilə birlikdə qalırdı.

Stiv Qolin xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, Leonardo DiCaprio ilə "The Revenant" birlikdə çalışıb.

Emin
Milli.Az