26-cı turun hakimləri açıqlandı - Premyer Liqa

23 Aprel 2019 12:39

Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları üçün bütün təyinatlar məlum olub.

Milli.Az xəbər verir ki, "Zirə" - "Qarabağ" matçını Səbuhi Bayramov, "Neftçi" - "Sumqayıt" oyununu isə Kamal Umudlu idarə edəcək.

Turun maraqla gözlənilən qarşılaşması olan "Səbail" - "Qəbələ" matçı isə Əliyar Ağayevə tapşırılıb. Üçüncü yer uğrunda mübarizə aparan komandaların görüşü turun ən vacib oyunu hesab olunur.

Azərbaycan Premyer Liqası, 26-cı tur

27 aprel

Zirə - Qarabağ
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 16:30

Sabah - Keşlə
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Əlincə Arena", 17:00

Səbail - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASCO Arena", 17:30

Neftçi - Sumqayıt
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
8-ci km stadionu, 19:00

Milli.Az