Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir

23 Aprel 2019 10:44

May bayramı günlərində təyyarələrdə biznes-sinif yerləri üzrə uçmağa üstünlük verən rusiyalı səyahətçilər arasında ən populyar 5 istiqamətdən biri Azərbaycanın paytaxtı Bakıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu istiqamətlərə Bali, Almaniyanın Köln və Münhen şəhərləri, Maldiv adaları da daxildir.

Biznes-sinif üzrə aviabiletlərin (gediş-dönüş) satışı 14 faiz, yəni 66 220-dən 75 655 rubla qədər artıb.

May bayramı günlərində ən bahalı biznes-sinif bileti Sankt Peterburqdan Nyu Yorka və geriyə təşkil edir - 139 min rubl. İkinci yerdə Moskva-Filippin (121 min manat), üçüncü yerdə isə Moskva-London (107 min rubl) reysi gəlir.

Ümumilikdə Moskvadan biznes-sinif üzrə uçuşların payı il ərzində 67 faizdən 49 faizədək azalıb.

Milli.Az