Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

23 Aprel 2019 08:33

Nigeriyanın Qombe ştatında Pasxa bayramı zamanı polis əməkdaşı avtomobili insanların üzərinə sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, ölənlərin və yaralananların əksəriyyəti yeniyetmələrdir.

İlkin məlumata əsasən, polis əməkdaşı avtomobili bələrəkdən insanların üzərinə sürüb. Buna səbəb polis əməkdaşının Pasxa bayramını qeyd edən insanlarla mübahisəsi olub.

Milli.Az