Arvadını maşınla vurub, sonra intihara cəhd edən ər saxlanıldı

22 Aprel 2019 19:51

Bu ayın əvvəlində Gəncədə dəhşətli ailə dramı yaşanıb. Ər arvadını qəsdən maşınla vuraraq öldürməyə cəhd edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 3-də Gəncənin Məhsəti qəsəbəsində baş verib. 1960-cı il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə həyat yoldaşı, 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın bu gün vəfat edib.

Hadisədən sonra E.Abbasov sirkə turşusu içərək intihara cəhd edib. Lakin intihar cəhdi baş tutmayıb və Eldar Abbasov xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan çıxdıqdan sonra Eldar Abbasov polis tərəfindən saxlanılıb və məsuliyyətə cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

Milli.Az