Azərbaycan İranda 4 terminal inşa edəcək

22 Aprel 2019 20:19

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC İranın Astara şəhərində 4 terminal inşa edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu QSC-nin tariflərin nizamlanması şöbəsinin rəhbəri Elxan Əsədov SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq.

ADY-nin fəaliyyəti barədə danışan E.Əsədov qeyd edib ki, hazırda dəmir yollarının təmiri və parkın modernləşdirilməsi üzrə işlər aparılır. Azərbaycanın satın aldığı əlli lokomotivdən yeddisi ölkəyə gətirilib.

Milli.Az