“Thomson Reuters”in analitiki: Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir

22 Aprel 2019 18:39

"Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Thomson Reuters" agentliyinin analitiki Qleb Qorodyankin SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

O bildirib ki, Xəzər regionundan dünya bazarlarına neft tədarükü dörd əsas risk amili ilə üzləşir:

"Birincisi, bu, alternativ növ və həcmdə neftlə rəqabət, ikincisi, boru kəmərlərinin yüklənməsinin azalması, üçüncüsü, iqtisadi və siyasi xarakterli dəyişikliklər və dördüncüsü, arbitraj tədarüklərinin dəyişməsidir".

Analitikin sözlərinə görə, enerji bazarının siyasiləşməsi istehsalçı ölkələr arasında sərt rəqabətə gətirib çıxarır.

Milli.Az