Futbolçular qrup qurub, seks turniri keçirdi - Şok detallar

22 Aprel 2019 19:54

İngiltərə futbolu yeni seks qalmaqalı ilə çalxalanır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ölkənin birinci liqası hesab olunan "Çempionşip"də çıxış edən bəzi futbolçular "WhatsApp"da qrup yaradaraq "seks turniri" təşkil ediblər.

Xəbərdə bildirilir ki, qrup üzvü olan futbolçular bir qadınla sevişmələrini videoya çəkərək "WhatsApp" qrupuna atdıqları halda 150, sevişmə zamanı qadına şillə vurmaları və digər aşağılayıcı hərəkət etmələri halında 200 xal qazanır.

Qrupun üzvü olan futbolçulardan biri qəzetə açıqlamasında "Futbol dünyası hər keçən gün daha da inkişaf edir. Amma bəzi seksist futbolçular hələ də qaranlıq çağlarda yaşayırlar" deyib. 

Milli.Az