“Həyat tərzi qadın olmağa maneə deyil” - Tünzalə

22 Aprel 2019 19:14

Əməkdar artist Tünzalə Ağayeva son zamanlar iddialı geyimlər sərgiləməsinə sosial media hesabında cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, paylaşdığı statusla onun dəyişimini qəbul edə bilməyən insanlar eyham vurub:

"Sən qadınsan. İşin, peşəkarlığın, ailən - bir sözlə, həyat tərzin qadın olmağına maneə deyil, əksinə, tam da motivasiya etməlidir. Əgər sən öncə əyninə özgüvən libasını geyinəcəksənsə, başqalarını deyil, özünü çox yaxşı tanı, mənfi-müsbətlərinlə özünə maksimum bələd ol və yola çıx. Özünə gedən yolda sükanı rahat və doğru saxla, yol sənindir".

Milli.Az