IV Buktreyler Festivalının Qala Gecəsinin tarixi bəlli oldu

22 Aprel 2019 17:19

IV Buktreyler Festivalının Qala Gecəsinin tarixi bəlli oldu.

Kitabı tanıdın, kitabla tanının!

IV Buktreyler Festivalının Qala Gecəsi 1 may tarixində baş tutacaq. Bu barədə  Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bu barədə məlumat verib: "Ölkəmizdə dördüncü dəfə keçirilən Buktreyler Festivalının qaliblərinin adları 1 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi Qala Gecəsində - Mükafatlandırma Mərasimində elan olunacaq. Mükafatlandırma Mərasimi həmişəki kimi ölkəmizin ziyalı və öncül insanların iştirakı ilə maraqlı proqram ilə keçiriləcəkdir. Hər bir iştirakçıya uğurlar arzulayıram!"

Xatırladaq ki, Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

"Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az