Xoşbəxt Yusifzadə: "Azərbaycan xarici bazarlara yüz milyonlarla ton neft tədarük edib"

22 Aprel 2019 15:09

"Bu günədək Azərbaycan xarici bazarlara 506 milyon ton neft tədarük edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, 383 milyon ton neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə tədarük edilib.

X.Yusifzadə əlavə edib ki, bu günədək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə 1,6 milyard kubmetr qaz ixrac edilib.

Milli.Az