Zidandan Poqba ilə bağlı açıqlama

22 Aprel 2019 14:34

"Real"ın baş məşqçisi Zinəddin Zidan, son zamanlar adı komanda ilə yanaşı çəkilən "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba haqqında açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, 26 yaşlı futbolçunun transferində maraqlı olduğunu açıqlayıb:

"Poqbanı çox sevirəm. O, çox fərqli bir futbolçudur. Necə müdafiə olunacağını və hücumu çox yaxşı bilir".

Mançester təmsilçisi fransalı futbolçunu 150 milyon avrodan az məbləğə satmayacağını bildirmişdi.

2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer olunan futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az