Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

22 Aprel 2019 13:17

Azərbaycanda heyvan dişləmələrinin sayı artıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin ilk 3 ayı ərzində heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib: "2019-cu ilin ilk 3 ayı ərzində isə bu rəqəm 4909 olub. Dişləmələrin 90-i faizi itlər tərəfindən edilib".

Milli.Az