Təranə Qumral "məhkumluq" adını alıb - HƏBS KİMİ BİR ŞEYDİR - FOTO

22 Aprel 2019 12:49

"Məhkəməyə ərizə yazmısınızmı ki, Təranə Qumral dövlətə rüsum (pul) köçürtsün, bunun qarşılığında da siz onu bağışlamısınız?"

Milli.Az xəbər verir ki, bu sualla "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) müğənni Nazəninə müraciə edib.

Müğənni Tolikin sualına başını silkələyərək "yox" deyib. 

Canlı yayıma qoşulan Nazəninin vəkili Heyrat Qarayev bunları deyib:

"Bu məsələ ilə bağlı ilk dəfə Təranə Qumral məhkəməyə müraciət edib. Həm Nazənin xanımı, həm də həyat yoldaşı Məhəbbət bəyi məhkəməyə vermişdi. Amma o həmin məhkəmədə uduzdu və sonradan bu proses yuxarı instansiyalara qalxdı və yekun məhkəmə qərarı Nazənin xanımın və Məhəbbət bəyin xeyirinə verildi. Məhkəmə qərarında bildirildi ki, "Təranə Qumral həm Nazənin xanımdan, həm Məhəbbət bəydən üzr istəməlidir, təkzib verməlidir, eləcə də təzminat ödəməlidir. 3500 manat təzminat, amma bu təzminat illərlə ödənilmirdi Təranə Qumral tərəfindən, bu, məcburi şəkildə ödənildi. Amma Nazənin xanım bu pulu götürmədi. Bu pul mənim əlimlə körpələr evinə verilib. Söhbət burada təzminatdan getmirdi, söhbət Təranə Qumralın üzr istəməsindən gedirdi. Mənə bir şey maraqlıdır ki, bütün məhkəmələrdə iştirak edən Təranə Qumral məhkəmədə etiraf edir ki, üzr istəyəcək və təkzib verəcək. Amma məhkəmə bitəndən sonra, saytların əksəriyyətinə açıqlama verir ki, Nazənin xanım uduzub. Üzr istəmək, təkzib verməklə bağlı bilirsiniz ki, Tərtanə Qumral məhkəmənin hökmü ilə məhkumluq adını aldı. Yəqin Təranə Qumral ya bunu bilmir, ya da bilmək istəmir. Onun ölkə hüdudlarından kənara çıxma qadağası da var. Məhkəmənin qərarı icra olunmasa bu qüvvədə qalacaq və üzr istəmə, təkzib vermə mərhələsi yenidən başlayacaq. Çünki məhkəmənin qərarının icrası məcburidir. Ali məhkəmədə də hakim bunu vurğuladı. Hətta Nazənin xanım təşəbbüs göstərirdi ki, Təranə Qumral cərimə olunmasın. Çünki o, 3 min 500 manatı o qədər çətinliklə ödədi ki, bildirirdi ki, "Maddi imkanım yoxdur". Nazənin xanım, Məhəbbət bəy humanistlik edib, məhkəmələrdə bildirirdi ki, o qadına alternativ cəza verilsin. O, məhkum adını alıbsa, həbs kimi bir şeydir. 

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS kanalının "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə, öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Təxminən iki həftə öncə Ali Məhkəmədə müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumralla bağlı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası baş tutub. Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və N.Salayevanın kassasiya şikayəti təmin edilməyib.

Təhməz Təkin
Milli.Az