Avroviziyaya 1 ay qalmış evləndi - FOTO

22 Aprel 2019 12:44

Bu il Serbiyanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək müğənni Nevena Bozovic evlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gələn ay beynəlxalq layihədə səhnəyə çıxacaq ifaçı Nikola İvanoviclə  münasibətini rəsmiləşdirib.

Toy Nikolanın vətəni olan Çernoqoriyada baş tutub, mərasimdə 100 nəfər iştirak edib.

Bu məqamda bildirək ki, Nevenanın Avroviziya üçün ifa etdiyi "Kruna" adlı mahnının müəllifi N. İvanovicdir.

Milli.Az