Azad gizli toy edəcək

22 Aprel 2019 15:34

Müğənni Azad Şabanov gizli toy edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "X maqazin"ə açıqlamasında deyib. O bildirib ki, şəxsi həyatını hər zaman gizli saxlayır:

"Məni tanımırsınız? Bu haqda danışmağı sevmirəm. Toy da olacaq, heç kim bilməyəcək".

Azad məclisin mediaya qapalı olacağını da gizlətməyib.

Qeyd edək ki, Azad martda nişanlanıb.

Milli.Az