Əfqanıstanda mədəndə 8 nəfər boğulub öldü

22 Aprel 2019 11:49

Əfqanıstanın şimalında kömür mədənində qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mədəndə qaz sızması nəticəsində 8 nəfər dünyasını dəyişib.

Hadisə Samanqan vilayətində baş verib. Vilayət məmuru Raz Məhəmmədin sözlərinə görə, işçilər Dara-i-Sufi Bala adlı mədəndə olarkən naməlum səbəbdən zəhərli qaz sızması baş verib.

Milli.Az