Üzünü it parçalayan uşağın son vəziyyəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

22 Aprel 2019 15:42

15:42

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan uşağın vəziyyətini açıqlayıb.

Milli.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayının 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəziyyəti stabildir.

Onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir: "Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır".

----------

10:50

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it dişləyən 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu palataya köçürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda uşağın vəziyyəti orta stabildir və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Uşağın quduzluq xəstəliyinə yoluxmasının qarşısı alınıb və bunun üçün ona vaksin vurulub. Vaksinlərin vurulması davam etdiriləcək.

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir.

Milli.Az