PSJ Fransa çempionu oldu - VİDEO - FOTO

22 Aprel 2019 11:34

Fransa I Liqasında 2018/2019 mövsümünün qalibi məlum olub.

Milli.Az xəbər verir ki, "Monako"ya qalib gələn PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Parislilərin ən yaxın izləyicisi olan "Lill"in "Tuluza" ilə səfər oyununda (0:0) xal itirməsindən sonra paytaxt klubu çempion olub.

81 xalı olan PSJ "Lill"i 16 xal qabaqlayır.

Qeyd edək ki, PSJ son 7 ildə 6-cı, ümumilikdə 8-ci dəfə Fransa çempion olub. Fransa çempionatının ən çox qalibi olan klub "Sent Etyen"dir (10 dəfə).

PSJ - "Monako" 3:1

Qollar: Kilian Mbappe, 15, 38, 55 - Aleksandr Qolovin, 80

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
PSJ -