Gürcüstanda qarşıdurmalar baş verib, onlarla yaralı var

22 Aprel 2019 08:52

Gürcüstanın Pankis dərəsində qarşıdurmalar zamanı 40-dan çox insan xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qarşıdurmalar hüquq mühafizə orqanları və Gürcüstanda hidroelektrostansiyanın (HES) tikintisinə etiraz edən sakinlər arasında baş verib.

Xəsarət alanlardan 30-u xəstəxanalarda qalır, onlardan 27-si hüquq mühafizə orqanlarının nümayəndəsi, biri jurnalist və iki nəfəri isə aksiya iştirakçısıdır.

Milli.Az