Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 262-yə çatıb

22 Aprel 2019 07:55

Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 262-yə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha 452 nəfər yaralı var. Daha əvvəl 215 nəfərin öldüyü, 500-yə yaralının olduğu bildirilirdi.

Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 215 ölü, 400 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Qeyd edək ki, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.

Milli.Az