Evinin qarşısında bıçaqlandı

9 Aprel 2010 17:17
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 21 yaşlı Allahverdi Hüseynov yaşadğı evin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə dünən rayonun 20 Yanvar küçəsi ev 22-nin qarşısında törədilib. Bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən A.Hüseynovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində axtarış tədbirləri aparılır.

Anar Məmmədov
Milli.Az