Mariana Vasileva: "Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinin inamı və dəstəyi olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik"

21 Aprel 2019 18:42

Azərbaycan Gimnastika Federasiyasını rəhbərliyinə təşəkkürümü bildirirəm, çünki bizim rəhbərliyin dəstəyi və inamı olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva bildirib: "Həmçinin bütün bizim heyətə, bizim qızlara və bütün məşqçilərə təşəkkür etmək istəyirəm, çox sağ olun. Bütün tamaşaçı zalının bizim ölkənin şərəfinə ayağa qalxdığını, bütün tamaşaçıların Azərbaycanın Dövlət Himnini səsləndirdiyini görəndə - gözlərim qürurdan yaşardı. Ümid edirəm ki, gələn həftə bədii gimnastika üzrə Dünya Kubokunda bizim senyorkalardan və gimnastlarımızdan ibarət qrup komandamız, fərdi proqramda çıxış edən Veronika Qudis və Zöhrə Ağamirova da bizi sevindirəcək".

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilib. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edib.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edib.

Azərbaycan komandası komandalar arasında qrup hərəkətlərində çoxnövçülükdə gümüş medal, beş halqa ilə qrup hərəkətlərində qızıl medal və beş lentlə qrup hərəkətlərində gümüş medal qazanıb.

Azərbaycan gimnastı Nərminə Səmədova lentlə hərəkətlərdə gümüş medal, topla hərəkərlərdə bürünc medal, Arzu Cəlilova isə iplə hərəkətlərdə bürünc medal qazanıblar.

Milli.Az