Anri keçmiş klubunda

21 Aprel 2019 19:05

Son olaraq "Monako"nu çalışdıran Tyerri Anrinin yeni iş yeri məlum olub.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis ABŞ-ın "Nyu-York Red Bullz" klubunda baş məşqçilik edəcək. Anrinin təyinatının növbəti həftə rəsmən açıqlanacağı bildirilir.

Anri futbolçu karyerasında 2010-2014-cü illərdə "Nyu-York Red Bullz"da çıxış edib. MLS təmsilçisiylə 135 oyuna çıxan keçmiş hücumçu, bu oyunlarda 52 qol vurub.

Tyerri Anri baş məşqçilik karyerasına "Monako"da başlayıb. 2018-ci ilin oktyabrında Liqa 1 təmsilçisinin "sükanı arxasına" təyin olunan Anri, tutduğu postda 3 ay qala bilib. "Monako" rəhbərliyi uğursuz nəticələrdən sonra Anriylə yollarını ayırmışdı.

Milli.Az