Yaponiyada avtobus piyadalara çırpılıb, ölən və yaralananlar var

21 Aprel 2019 18:17

Yaponiyanın Kobe şəhərində avtobus San-no-Miya stansiyası yaxınlığında bir qrup piyadaya çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, avtobusun 64 yaşlı sürücüsü polislər tərəfindən saxlanılıb.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Milli.Az