Ukraynada SON DURUM: kim qalib gəlir? - Exit-poll-un qeyri-rəsmi nəticələrinə görə...

21 Aprel 2019 16:49

Ukraynada prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlir. 

Milli.Az Oxu.az-a bildirir ki, exit-poll-un qeyri-rəsmi nəticələrinə görə, seçiçilərin 75,8 faizi Zelenskiyə səs verib. 

Hazırkı prezident Pyotr Poroşenko isə səslərin 24,2 faizini yığıb. 

Qeyd edək ki, exit-polların ilk rəsmi nəticələri səslərin sayılması prosesi başlanılan kimi açıqlanacaq.

Milli.Az