"Beşiktaş" futbolçusu ilə bağlı qərarını verdi

21 Aprel 2019 16:20

"Beşiktaş" futbolçusu Atiba Hatçinsonla bağlı qərarını verib.

Milli.Az Qol.az-a istinadən bildirir ki, İstanbul klubu  36 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzadacaq. A.Hatçinsonun mayın 12-i rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Hatçinson son 9 liqa matçında 4 qol vurub.

Milli.Az