Bundesliqa təmsilçisində məşqçi istefası

21 Aprel 2019 15:52

"Stuttgart" baş məşqçisi Markus Vaynzrili istefaya göndərib.

Milli.Az Goal.az-a istinadən bildirir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bundesliqa təmsilçisinin son olaraq "Augsburg"a 0:6 hesabı ilə uduzmağından sonra bu qərar verilib. Komandanı müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Niko Villiqin çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Stuttgart" hazıda bundesliqada 21 xalla 18 komanda arasında 16-cı yer tutur.

Milli.Az