Azərbaycanda evdə partlayış - Beş nəfər xəsarət aldı - FOTO

21 Aprel 2019 13:42

Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə bu səhər saat 6:00 radələrində rayonun cənub məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən  partlayış baş verib. Partlayış qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Nəticədə 31 yaşlı Anar Əsədov 34 yaşlı Qəndab Hüseynova 8 yaşlı İlahə Əsədova 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Xəstələrin vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az