"GRENKE Chess Classic 2019": Arkadi Naydiç ilk turu heç-heçə ilə başa vurub

21 Aprel 2019 14:28

Almaniyada "GRENKE Chess Classic 2019" superturnirinin ilk turunun oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk turda Azərbaycan şahmatçısı Arkadi Naydiçin ermənistanlı Levon Aronyanla oyunu heç-heçə başa çatıb. Maqnus Karlsen Vinsent Keymerə qalib gəlib. Turun digər oyunlarında Qeorq Mayer Fransisko Valexo, Piter Svidler Fabiano Karuana, Maksim Vaşe-Laqrav Vişvanatan Anandla sülh bağlayıblar.

Aprelin 21-də ikinci turda Arkadi Naydiç P.Svidlerlə mübarizə aparacaq.

Milli.Az