Bakıda qan töküldü: kürəyindən bıçaqladılar

21 Aprel 2019 12:18

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

1974-cü il təvəllüdlü Səmədov Araz kürəyin kəsilmiş-deşilmiş yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olub.

Yaralı dərhal əməliyyat olunub. Hadisənin təfərrüatları barədə məlumat yoxdur.

Daha əvvəl Binəqədi rayonunda 17 yaşlı yeniyetmə bıçaqlanıb.

Milli.Az