Luis Almaniyaya getməkdən imtina etdi

21 Aprel 2019 11:01

"Atletico"nun 33 yaşlı müdafiəçisi Filipe Luis Almaniya Bundesliqasında forma geyinməkdən imtina edib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "Borussia Dortmund" braziliyalı futbolçunu heyətinə qatmaq üçün təklif göndərsə də, onların bu istəyi baş tutmayıb.

"Barcelona"nın da maraq dairəsində olduğu deyilən "sambaçı", "Borussia"ya transfer olunmaqdan imtina edib. Onun Kataloniya klubunda çıxış etmək istədiyi və mövsümün sonunda azad agent kimi "Barcelona"ya keçmək ehtimalının olduğu bildirilir.

Xatırladaq ki, Braziliyalı cinah müdafiəçisi 2015-ci ildən "Atletico"da çıxış edir.

Milli.Az