De Niro Trampı tənqid etdi

21 Aprel 2019 10:34

Amerikalı aktyor Robert de Niro "The Late Night Show with Stephen Colbert" tok-şousunda ABŞ prezidenti Donald Trampı uğursuz adam və qanqster adlandırıb.

Milli.Az bu barədə Oxu.Az-a istinadən xəbər verir.

Aparıcının "İnsanlar qanqsterlər haqqında filmləri niyə xoşlayır" sualını De Niro belə cavablandırıb:

"İnsanlar qanundan kənar olanları sevir, lakin indi Ağ evdə qanqsterin olması istisnadır".

O qeyd edib ki, Trampdan fərqli olaraq, qanqsterlərin mənəviyyatı və etikası var.

Milli.Az