Rusiya Suriyanın bu limanını yarım əsrlik alır

21 Aprel 2019 10:09

Rusiya Suriyanın Tartus limanını kommersiya məqsədli yüklərin daşınması üçün 49 illik icarəyə götürəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın baş nazirinin müavini Yuri Borisov deyib. O, bunun üçün yaxın həftələrdə Rusiya ilə Suriya arasında razılaşma imzalanacağını bildirib. Borisov bu addımın Suriya iqtisadiyyatına faydalı olacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya 2017-ci ilin dekabrında Suriyanın Tartus şəhərindəki hərbi obyektin hərbi bazaya çevrilməsinə və 49 il müddətinə istifadə edilməsinə dair razılaşma imzalayıb.

Milli.Az