Kamp-Nou-da növbəti "Barsa şou" - VİDEOİCMAL

21 Aprel 2019 10:02

İspaniya La Liqasında 33-cü turun oyunları davam edir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, ötən gün daha 4 görüş keçirilib. 

"Rayo Valyekano" - "Hueska" matçında qapılara qol vurulmayıb. "Selta" - "Jirona" oyununda meydan sahibləri qələbəyə sevinib - 2:1. Səfərdə "Eybar"la qarşılaşan "Atletiko" 1:0 qələbə qazanıb. Lider "Barselona" isə "Real Sosyedad"la ev oyununda rəqibini üstələyib - 2:1.

"Selta" - "Jirona" - 2:1
Qollar: Aspas, 34 (1:0), Portu, 48 (1:1), Bufal, 69 (2:1)

"Eybar" - "Atletiko" - 0:1
Qol: Lemar, 85.

Rayo Valyekano - Hueska 0:0

"Barselona" - "Real Sosyedad" - 2:1
Qollar: Lanqle, 45 (1:0), Xuanmi, 62 (1:1), Alba, 64 (2:1)

Qeyd edək ki, turnir cədvəlinə 77 xalla "Barselona" başçılıq edir. "Atletiko" 68 xlla 2-ci, "Real" 61 xalla 3-cüdür.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az