Bu gün Ukraynada prezident seçkilərinin ikinci turudur

21 Aprel 2019 09:06

Ukraynada bu gün 08:00-dan 20:00-dən prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə başçısı postu uğrunda hazırki prezident Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparacaqlar.

Qeyd edək ki, martın 31-də keçirilən ilk turda Zelenski 30,24%, Poroşenko isə - 15,95% səs toplayıb.

MSK-nın məlumatına görə, 29989 seçki məntəqəsində 26 milyondan çox insan səs verə biləcək.

Milli.Az