Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi

20 Aprel 2019 22:12

İranda alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Məşhəd məhkəməsinin qərarına əsasən, Yezdi hakimiyyətin devrilməsi məqsədi ilə təşkilat yaratdığına görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, Yezdi uzun müddət Məşhəd şəhərinin ali təhsil ocaqlarında çalışıb. Ötən ilin avqustunda o, həbs edilib və 3 ay sonra zaminə buraxılıb.

Milli.Az