Sudanın devrilmiş prezidentinin evindən 100 milyon dollar tapıldı

20 Aprel 2019 22:08

Sudanda devrilmiş prezident Ömər əl-Bəşirin evindən 113 milyon dollara bərabər vəsait tapılıb.

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, hərbçilərin həbs etdiyi sabiq prezident "çirkli pullar"ın yuyulmasında və "Xarici valyuta haqqında" qanunu pozmaqda ittiham olunur. Əl-Bəşirin evində axtarış zamanı tapılan pul vəsaiti Sudan Mərkəzi Bankının xəzinədarlığına köçürülüb.

Qeyd edək ki, hazırda Əl-Bəşir paytaxt həbsxanalarının birində saxlanılır.

Milli.Az