"Bavariya" Almaniya bundesliqasında növbəti oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 30-cu turda "Verder"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
"Bavariya" - "Verder" - 1:0
Qol: Sule, 75
Bu qələbə ilə xalını 70-ə yüksəldən Münhen klubu liderliyi qoruyub. Dortmund "Borussiya"sı 66 xalla (29 oyundan) 2-ci, "Leyptsiq" 58 xalla (29 oyundan) 3-cüdür.
Milli.Az