Bu qəsəbənin sakinlərini gün işığı əridir - Dəhşətli görüntülər - FOTO

20 Aprel 2019 19:39

Nadir genetik xəstəlik yüzlərlə braziliyalını zombie halına salaraq, eybəcərləşdirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, San-Pauloda yerləşən Araras qəsəbəsində yaşayan 800 nəfər əhalisi gün işığından əzab çəkir. Onları nadir halda gündüz küçədə görərsiz.

Əgər rastlaşsız, üzlərinin halı sizi qorxudacaq.
Bir çoxunun dərisi əriyib, digərinin burnu yoxdur, bəzilərinin üzünün yarısı.

Bəzi turistlər maraq xatirinə bu qəsəbəyə gedir. Amma  çoxunun ürəyi zombi kimi görünən insanları görməyə dözmür.
Bu lənətli xəstəliyin adı piqment kserodermadır. Bu xəstələrin dərisi ultrabənövşəyi şüalara çox həssas olur.

2-3 yaşında üzə çıxan xəstəlik illər keçdikcə irəliləyir. Bəzən o dəri xərçənginə də çevrilir.

Artıq üz hissəsindəki orqanları xəstəlikdən əriyən, qopan sakinlərin bir çoxuna süni burun, dodaq və s qoyulub.

Milli.Az