Orqanizmin fiziki yüklənmə vaxtını səhərdən axşama keçirmək daha faydalıdır

21 Aprel 2019 23:30

Alimlər axşamlar fiziki yüklənmələrin daha faydalı olması qənaətindədirlər. Çünki bu zaman orqanizmimiz daha az oksigen sərf edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əgər siz hər gün qaçışla məşğul olmağa üstünlük verirsinizsə, o zaman tədqiqatların yekununda göstərildiyi kimi, bunu səhərdən axşama keçirsəniz daha yaxşı olar.

Laboratoriya siçanları üzərində aparılan eksperimentin gedişində alimlər aşkar ediblər ki, orqanizmin axşam saatlarında fiziki yüklənməsi 50 faiz daha effektli nəticə verir. Məsələ burasındadır ki, gəmiricilərə axşam məşqlərində daha az oksigen lazım olub, onların orqanizmində toxumaların metabolik aktivliyini artıran maddələrin səviyyəsinin isə yüksəldiyi müəyyən edilib.

ABŞ və İsraildən olan tədqiqatçılar komandasının apardıqları ilk sınaqlar məşqlərin vaxtının onların səmərəliliyinə təsiri barədə çoxdankı hakim nəzəriyyəni təsdiqləyib. Ümumilikdə, fiziki yüklənmələr insanın sirkad ritmlərinə, yaxud onun yuxu və oyanma silsiləsi ilə əlaqəli olan daxili saatına təsir edir. Onlar insana qidanın və yuxunun asılı olduğu dəqiq və müntəzəm xarici təsirlərə hazırlaşmağa şərait yaradır. Sirkad ritmlər əsəb sistemində və periferik orqanlarda yerləşir, DNT-nin, hamiləlik qabiliyyətinin bərpası işində, hətta dərman qəbulunun effektivliyində mühüm rola malikdirlər. Əgər orqanizmimiz buna bənzər siqnalları qəbul etmirsə, o halda sirkad ritmlərin sinxronlaşdırılması tamamilə pozulur.

Tədqiqatlar göstərib ki, sirkad ritmləri pozulan adamlar daha az ömür sürür, şişlər və yuxusuzluq kimi müxtəlif pozuntularla daha tez-tez qarşılaşırlar. Bu pozulmalar ya orqanizmin daxili saatının dayanması, yaxud da insanın xarici şəraiti izləməsindən imtina etməsi nəticəsində, məsələn gecə növbələri səbəbindən baş verə bilər.

Milli.Az