Rusiya və Çindən Ayla bağlı birgə layihə: 2023-cü ildə...

20 Aprel 2019 16:36

Çin və Rusiya 2023-cü ildə Ayın birlikdə tədqiq edilməsi imkanlarını müzakirə edir, Axar.az məlumat yayıb.

Milli.Az bildirir ki, bu barədə Çin Milli Kosmik İdarəsinin Ay və Kosmos Araşdırmaları mərkəzinin direktor müavini Yoy Qobin danışıb.

Məlumata görə, araşdırmalar Rusiyanın "Luna-26" və Çinin "Çane-7" aparatları vasitəsilə aparılacaq. Belə ki, buraxılış tarixləri demək olar ki, üst-üstə düşən aparatların göndərdiyi məlumatlar tərəflər arasında mübadilə ediləcək.

Hazırda ölkələr arasında layihənin detalları müzakirə olunur.

Milli.Az