Sonsuzluğun 5 səbəbi - Nədən başlamalı?

21 Aprel 2019 23:50

Bu 1 il ərzində qadın və kişi sadəcə reproduktiv sistemi yoxlatmalı, hər şey normaldırsa, hər hansı müalicə almamalıdır.

Milli.Az medicina.az-a istinadən sonsuzluğun 5 əsas səbəbini təqdim edir.

1.Qadın sonsuzluğunda ilk olaraq boruların keçiriciliyindən şübhələnilir.

Əgər bir boru bağlıdırsa, döllənmə şansı 2 dəfə azalır. Əgər borularda yumurtahüceyrənin yolunu kəsən mexaniki maneə varsa, hamiləlik ola bilməz. Boru sonsuzluğu boruların cərrahi müdaxiləsi ilə açılmaqla müalicə olunur. Heç bir dərman müalicəsi borunu effektiv açmır. Əgər əməliyyat effekt verməsə, süni mayalanma EKO seçilir. Bu zaman kişi və qadının yumurta hüceyrələri kənarda mayalandırılır və uşaqlığa köçürülür. 

2.Uşaqlığın patologiyaları

Bura anadangəlmə anatomik qüsurlar, anomaliyalar, orqanın ölçüsü, deformasiyası, arakəsmənin olması və s. aiddir. 
Eləcə də uşaqlıq içində və üsründə polip, mioma, fibrioma, spaykalar varsa, o da hamiləliyə mane olur. 

Ona görə bu problemlərdə əməliyyat tətbiq olunur, daha sonra hamiləlik barədə düşünülür. Əgər problem əməliyyatla belə düzəlməyəcəksə, həkimlər Avropa və digər ölkələrdə surroqat ana metodu ilə ana olmağı məsləhət görür. Bu zaman qadın və kişinin yumurta hüceyrəsi götürülüb mayalandırılır və surroqat olmağa razı olan sağlam qadının uşaqlığına yerləşdirilir. Surroqat ana uşağı doğduqdan sonra genetik valideynlərinə təhvil verir. Bu metod anonim aparılır və surroqat ana əsl valideynlərin kimliyini bilmir. 

3.Endometrioz

Son  illər 30% qadınlarda rast gəlinən xəstəlikdir. Uşaqlığın selikli qişasından ayrılan hissəciklər qarın boşluğunda yığılır. Hamilə qalmaq çox çətin olur. Müalicəsi cərrahi yolla patoloji ocaqların götürülməsidir. Bu metod 35% effektivdir.

4. Yumurtalıqların patologiyası

Hər hansı irsi, genetik və ya anatomik patologiya səbəbindən yumurtalıqlar normal fəaliyyət göstəmir, müxtəlif iri kistlər olur.

5.Endokrin səbəb

Qadın sonsuzluğundan 2 ci böyük səbəbdir.

Ovulyasiya baş vermir, follikul yetişmir, hormonal disbalans menstruasiyanı pozur. Uzun müddət hamiləlik baş vermir. 
Bunun üçün endokrinoloq və ginekoloq əvvəlcə cinsi hormonları qaydaya salır, müxtəlifvəziləri, xüsusən hipofizi, qalxanvari vəzinin işini yoxlayır. Daha sonra ovulyasiyanı stimulə edirlər. Bu müalicə 70% effekt verir. 

Bütün bunlardan əlavə, səbəbi məlum olmayan sonsuzluq da olur. Bu irsi, genetik, nevroloji və psixoloji faktorlardan ola bilər. Bu zaman köməkçi metodlardan istifadə olunur, süni mayalanma təklif edilir. 

Milli.Az