Azərbaycanın müxtəlif bölgələrinə qar yağdı - FOTO

20 Aprel 2019 10:31

Lerik rayonuna güclü qar yağıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:

"Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir".

İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: "Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb".

***

Əldə etdiyimiz məlumata görə, bu gecə Şimal və Aran bölgəsinə də güclü qar yağıb.

Milli.Az