Bakıda toydan sonra faciə yaşandı: Ölən var - FOTO

20 Aprel 2019 10:29

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə "Ballı" şadlıq evinin qarşısında olub.

81 yaşlı Qurbanov Elman toy məclisindən çıxaraq yolu keçən zaman onu "Opel" markalı taksi vurub.
Nəticədə E. Qurbanov hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Milli.Az