"Liverpul" Salahın yerinə hücumçu tapdı

20 Aprel 2019 09:39

"Liverpul" komandanı tərk etməsi gözlənilən Məhəmməd Salahın yerinə hücumçu tapıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İngiltərə klubu misirli ulduz komandanı tərk edəcəyi halda Nikolas Pepeni transfer edəcək. Kot-D`İvuar millisinin üzvü hazırda "Liverpul"un transfer siyahısında ilk pillədə qərarlaşıb. Onunla PSJ, "Bavariya", "İnter" və "Çelsi" də maraqlanır.

Qeyd edək ki, Pepe 2017-ci ildə "Angers"dən "Lill"ə 10 milyon avroya transfer olunub. Cari mövsümdə 35 oyuna çıxan 23 yaşlı forvard 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

Milli.Az