Hindistanda qatar relsdən çıxıb, çox sayda xəsarət alan var

20 Aprel 2019 09:44

Hindistanın Kanpura şəhərindən 15 kilometr aralıda sərnişin qatarının 12 vaqonu relsdən çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vaqonların relsdən çıxması nəticəsində azı 13 nəfər xəsarət alıb.

Bildirilir ki, şərqdən Nyu-Deli və paytaxtdan şərq tərəfi istiqamətində hərəkət edən qatarlar təxirə salınıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Qatarın relsdən çıxmasının səbəbi barədə məlumat verilmir.

Milli.Az